ArxivXəbər lentiXəbərlər

Putin və Ərdoğan İslam Respublikasına gedir

Hədəfimiz Suriyada sabitliyin və sülhün yenidən bərpa edilməsidir.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi 7 sentyabrda Tehranda baş tutacaq Suriya sammiti ilə bağlı açıqlamasında deyib.

“Tehranda baş tutacaq üçtərəfli sammit bundan öncə müəyyən etdiyimiz yol xəritəsində yeni addımların atılmasına yardımçı olacaq. Hədəfimiz Suriyada terrorizmin məhv edilməsi və sabitliyin, sülhün bərpasıdır. Bu görüşün faydalı olacağına inanıram”, – deyə XİN sözçüsü əlavə edib.

Qeyd edək ki, Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə 7 sentyabr tarixində Tehranda üçtərəfli Suriya sammiti baş tutacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button